24 Noyabr 2022 12:11
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukrayna ərazisinə kütləvi raket zərbəsindən sonra Çin bir daha tərəfləri sülh danışıqlarına mümkün qədər tez başlamağa çağırıb.

Teleqraf.com-un məlumatına görə, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq BMT Təhlükəsizlik Şurasının iclası zamanı deyib ki, bu, müharibədə eskalasiyasının qarşısını almaq və nüvə böhranının qarşısını kəsmək üçün yeganə yoldur.

“Dialoq və danışıqlar irəliləməyin yeganə yoludur. Tərəflər birbaşa qarşılıqlı fəaliyyətə başlamalı və mümkün qədər tez diplomatik danışıqlara qayıtmalıdırlar”, - Qenq Şuanq bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət də bu prosesə öz töhfəsini verməlidir:

“Biz bir daha tərəfləri təmkinli olmağa çağırırıq ki, onların hərəkətləri qarşıdurmanı gücləndirməsin, həmçinin bu qarşıdurmanın nəzarətdən çıxmasının qarşısını alsınlar”.


Müəllif: Nemət