27 Noyabr 2022 10:07
200
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində atışma nəticəsində azı bir nəfər ölüb, beş nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "FOX 5 Atlanta" telekanalı xəbər verib.

Məlumata əsasən, hadisə şənbə günü saat 20:00-da (bazar günü saat 05:00-də GMT+4) 17-ci küçə körpüsünün yaxınlığında baş verib.

Atlanta polisinin şöbə rəisi Cermeyn Dirlav bildirib ki, bir nəfər hadisə yerində ölüb, beş yaralı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com