Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Rusiyadan dəniz yolu ilə tədarük edilən neftə qiymət həddi ilə bağlı rəsmi olaraq razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ Şurasındakı Çexiya nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Aİ səfirləri Rusiya neftinin qiymətini 1 barel üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edib.
Qeyd edilib ki, bu qərar həftə sonu rəsmi olaraq təsdiq edilməlidir. Rusiya neftini qiyməti ilə bağlı qərar Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.