15 Dekabr 2022 09:56
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, keçmiş prezident Viktor Yanukoviçin daşınan və daşınmaz əmlakını, eləcə də pul vəsaitlərini dövlət büdcəsinə qaytarıb.

Teleqraf.com xəbər verir ki, müsadirə olunan obyektlər siyahısına sabiq prezidentə məxsus ilan Mezhyhirya, Khonka, Suxoluçyedəki mehmanxana və restoran kompleksi, Obolonskaya sahilindəki mənzil, parkinq yerləri, 31 milyon qrivna və bank hesablarında 84,9 min dollar daxildir.

Bundan başqa OOO Tantalit və Dom Lesnik-in nizamnamə kapitalında 100% payı da müsadirə edilir. 18,7 milyon avro dəyərində olan 537 mədəni sərvət - kitablar, ikonalar, rəsmlər, antik mebellər, saatlar, vazalar, qılınclar, silahlar və hətta 19-cu əsrə aid toplar da müsadirə olunub.


Müəllif: Nemət

Oxşar xəbərlər