22 Yanvar 2023 01:26
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İş dünyamızı düşünmədən təhdid edənlərə, Türkiyə iqtisadiyyatını ləkələyənlərə, kapital düşmənçiliyi aparanlara sandıqda layiq olduqları cavabı verəcəyik”

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa Ticarət və Sənaye Palatasında çıxışı zamanl deyib. O altılı masanı tənqid edib.

"Ölkəmizin qürur mənbəyi olan layihələrindən hələ seçki qutusundan çıxmamış danışmağa başladılar. Dedikləri yalanın altında əziləndə cəsarətlə çıxıb üzr istəmək əvəzinə süfrənin digər şərikləri kimi başqalarını günahlandırmağa çalışırdılar. Bütün dünyada uğurları ilə ad çıxaran şirkətlərimizə böhtan atmaqdan da çəkinmədilər”


Müəllif: Pərvin Cəfərova