3 Fevral 2023 00:12
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya və Fransa 7-8 həftəyə Ukraynaya “SAMP-T” hava hücumundan müdafiə sistemləri verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“SAMP-T” zenit-raket kompleksinin (SAM) tərtibçisi və istehsalçısı Avropanın “Eurosam” konsorsiumudur.

Xatırladaq ki, 2022-ci ilin martında İtaliya parlamenti Ukraynaya yardım, o cümlədən hərbi yardım göstərilməsi haqqında qətnaməni təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər