25 Fevral 2023 19:30
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baydenin müharibənin ildönümü ərəfəsində Kiyevə gəlişi Ukraynanın tək olmadığını və ərazi bütövlüyünü təmin edənə qədər bu ölkəyə maliyyə və hərbi dəstəyin davam edəcəyini göstərdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Bu həftə beynəlxalq aləmin üç əsas hadisəsi Ukrayna ilə bağlı oldu. Birincisi, ABŞ Prezidenti Co Baydenin Kiyevə qəfil səfəri; ikincisi, Rusiya lideri Vladimir Putinin Feredal Şurada müharibəylə bağlı çıxışı və üçüncüsü, Çinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə irəli sürdüyü 12 təklifi müzakirə predmetidir.

Baydenin müharibənin ildönümü ərəfəsində Kiyevə gəlişi Ukraynanın tək olmadığını və ərazi bütövlüyünü təmin edənə qədər bu ölkəyə maliyyə və hərbi dəstəyin davam edəcəyini göstərdi.

Putin çıxışında yenə heç nə deyə bilmədi, tükənib, hədələri təsir gücünü itirib.

Pekinin 12 maddəlik təklifi isə ümumi sözlərdən ibarətdir. Təkliflərin ümumi mahiyyəti təxminən belədir: “Müharibə dayandırılsın, hamı dayandığı yerdə qalsın, Rusiyaya qarşı sanksiyalar ləğv olunsun”.

Pekinin tələbləri içərisində Rusiya qoşunlarının Ukrayna ərazisini tərk etməsi barədə bir cümlə belə yoxdur. Pekin irəli sürdüyü təkliflərin qəbul edilməyəcəyini əvvəlcədən bilirdi, sadəcə Qərbin artan təzyiqi qarşısında “sülhpərvər” görüntüsü yaratmaq istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər