28 Fevral 2023 10:01
8 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən sutka ərzində ukraynalı müdafiəçilər beş istiqamətdə rusların 60-dan çox hücumunu dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

“Rusiya Federasiyası əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəldir. Ötən sutka ərzində əsgərlərimiz bu istiqamətlərdə düşmənin 60-dan çox hücumunu dəf edib”, - Baş Qərargah qeyd edir.

Eyni zamanda bildirilir ki, ruslar 8 raket və 32 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 85 hücum təşkil edib.


Müəllif: Nemət

Oxşar xəbərlər