Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Ukraynada təxribata hazırlaşdığını iddia edib.
Teleqraf.com xəbər verir ki, nazirlik açıqlamasında ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Sullivanın “Rusiya əsgərləri kimyəvi silahdan istifadə etməyə hazırlaşır” sözlərinə istinad edib və ABŞ-ın Ukraynada zəhərli kimyəvi maddələrlə təxribat törədəcəyi iddia edilib.
“Biz bu bəyanatları ABŞ və onun əməkdaşlarının zəhərli kimyəvi maddələrdən istifadə etməklə Ukraynada təxribat törətmək niyyətinin göstəricisi kimi görürük”, - Rusiya ordusunun kimyəvi və bioloji silahlar bölməsinin rəisi İqor Krilov bildirib.
Krilov qeyd edib ki, belə olan halda günahkarlar aşkar edilərək cəzalandırılacaq.