2 Mart 2023 10:21
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya polisi ötən həftə Türkiyənin Helsinki səfirliyi yaxınlığında PKK terror təşkilatının tərəfdarlarının təşkil etdiyi təxribatla bağlı araşdırmalara başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Helsinki səfirliyindən verilən açıqlamada polisin səfirlik binası yaxınlığında baş verən hadisə ilə bağlı araşdırma başlatdığı və təhlükəsizlik orqanlarından ətraflı hesabat tələb edildiyi bildirilib.

Təxminən 20 nəfərdən ibarət maskalı PKK simpatizanının əvvəldən hazırladığı təxribatın qarşısı yaxınlıqdakı təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə alınıb.

İkisi Finlandiya, digərləri əcnəbi olmaqla 4 nəfər vəzifəli şəxsə müqavimət göstərmək, onu təqib etmək və təhqir etməkdə şübhəli bilinərək saxlanılıb, daha sonra sərbəst buraxılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər