11 Mart 2023 17:50
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın müxalif “Mera 25” Partiyasının sədri Yanis Varufakis paytaxt Afinada hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, partiya lideri yemək yediyi restoranın qarşısında naməlum şəxslər tərəfindən döyülüb.

İlkin tibbi yardım üçün xəstəxanaya müraciət edən Varufakisin burnunun qırıldığı məlum olub.

“Mera 25”-in verdiyi açıqlamaya görə, Varufakis Avropada Demokratiya Hərəkatının (DiEM25) siyasətçiləri ilə nahar edərkən, bir qrup şəxs onu təhqir edərək çölə çağırıb. Naməlum şəxslər onlarla danışmağa gələn partiya sədrini döyüblər.

Yunanıstan Prezidenti Katerina Sakellaropulu olaya təpki göstərib:

“Demokratiyamızda zorakılığa yer yoxdur. Bu, bizim institutlarımızı və dəyərlərimizi təhqir edir, birliyimizi pozur”.

Həm iqtidar, həm də müxalifət siyasi partiyaları və çoxlu sayda siyasətçi hücumu pisləyib.

Yanis Varufakis həm də Yunanıstanın keçmiş maliyyə naziridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər