20 Mart 2023 20:37
4 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ermənistanla Rusiya arasında münaqişə yaratmağa cəhd göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

“Biz Qərb dövlətlərinin Rusiya ilə Ermənistan arasında münaqişə yaratmaq, regional təhlükəsizlik arxitekturasına xələl gətirmək, eyni zamanda buradakı dövlətləri deyil, öz geosiyasi mövqelərini və eqoist maraqlarını düşünmək kimi gizli cəhdlərini görürük”, - Lavrov bildirib.

Nazir belə cəhdlərin uğursuzluğa məhkum olacağını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu