Ukrayna böhranı ilə bağlı Qərb üçün konkret hədəfin olmaması Rusiyaya ciddi üstünlük yaradıb.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın “Foreign Policy” nəşrinin xarici Siyasət üzrə köşə yazarı Liana Fiks bildirib.
Fiks qeyd edib ki, Vaşinqton və Brüssel Ukrayna böhranına müdaxilə edəcək real məqsəd yarada bilməz. Onun fikrincə, Qərb ölkələrinin mövqeyinin qeyri-müəyyənliyi yalnız münaqişənin ilk mərhələlərində uduşlu olub.
“Buna görə də Qərb ölkələrinin Kiyevə nə lazım olursa olsun və nə qədər ehtiyacı varsa, ona kömək etmək barədə tez-tez danışması, bunun nə demək olduğunu soruşana qədər inandırıcı səslənir”, - Fiks yazıb.
O hesab edir ki, Ukraynanın müttəfiqləri qələbəni müəyyən edə bilməsələr, Rusiya bunu edəcək.
“Aydın bir məqsəd olmasa, getdikcə qərbli münaqişəni uzun sürən, qeyri-müəyyən mübarizə kimi qavrayacaq. Bu, son nəticədə Ukraynanın və Qərbin özünün mənəviyyatını sarsıdacaq”, - deyə Fiks xəbərdarlıq edib.