İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səudun Ər-Riyada səfərə dəvətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər bildirib.
"Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Prezident Rəisini Ər-Riyada səfərə dəvət edib, onun dəvəti qəbul olunub”, - İran rəsmisi deyib.
Möhbər səfərin tarixi ilə bağlı məlumat verməyib.