Finlandiya xarici işlər naziri Pekka Haavisto NATO-nun Brüsseldəki mənzil-qərargahında sənədləri ABŞ dövlət katibi Antoni Blinkenə təqdim edib.
Teleqraf.com xəbər verir ki, bununla Finlandiyanın NATO-ya üzvlük prosesi rəsmən başa çatıb.
Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olub.