1 Yanvar 2015 01:43
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya prezidenti Corco Napolitano tezliklə istefaya gedəcəyini açıqlayıb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, 89 yaşlı dövlət başçısı bu barədə xalqa ünvanladığı Yeni il müraciətində bildirib.

"Mən ehtimal edildiyi kimi, yaxın vaxtlarda istefa verəcəyəm. Bu, mənim şəxsi qərarımdır. Mənim yorğunluq və risq əlamətlərini qiymətləndirməməyə haqqım yoxdur. Mən elə bir yaş həddinə çatmışam ki, bu, vacib və məsuliyyətli vəzifələrimi yerinə yetirməyə mane olur", - Napolitano deyib.

Qeyd edək ki, 2013-cü ilin aprelində Napolitano ikinci müddətə İtaliya prezidenti seçilib. Bu il iyunun 29-da isə onun 90 yaşı tamam olacaq.

Nihad


Müəllif:

Oxşar xəbərlər