ABŞ-ın Massaçusets ştatının məhkəməsində Milli Qvardiya Hərbi Hava Qüvvələrinin əməkdaşı 21 yaşlı Cek Teyxeyranın məhkəməsi başlayıb. O, ölkə Müdafiə Nazirliyinin məxfi məlumatlarını icazəsiz saxlamaqda və yaymaqda ittiham olunur.
Teleqraf.com xəbər verir ki, istintaq hərbçilərin 2022-ci ilin fevralından Şəbəkəyə məxfi məlumatları yükləməyə başladığını göstərir. Ümumilikdə ABŞ-ın yüzlərlə milli müdafiə sənədi açıqlanıb.