2 May 2023 18:49
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda dünyanın ən böyük humanitar fəlakəti Əfqanıstandadır”.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Dohada Əfqanıstan üzrə xüsusi nümayəndələrin görüşündən sonra jurnalistlərə bildirib.

“Əfqanların 97%-i yoxsulluq içində yaşayır. Əhalinin üçdə ikisinin - 28 milyonunun sağ qalmaq üçün bu il humanitar yardıma ehtiyacı olacaq”, - o vurğulayıb.

O qeyd edib ki, 6 milyon əfqanıstanlı uşaq, qadın və kişi aclıqdan ölmək təhdidi ilə üz-üzədir: “Bu məqsədlə 4,6 milyard dollar toplamalıyıq. Amma cəmi 294 milyon dollar əldə edə bilmişik. Bu, lazım olan ümumi məbləğin 6,4%-ni təşkil edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər