Gürcüstan Prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin ölkəsi ilə birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi barədə qərarını qəbuledilməz hesab edir.
Teleqraf.com xəbər verir ki, Gürcüstan başçısı bu barədə Tvitter-də yazıb.
Zurabişvili Rusiya liderinin fərmanını “təxribat” adlandırıb.
“Rusiyanın daha bir təxribatı! Rusiya Ukraynaya qarşı təcavüzünü və ərazilərimizdə işğalını davam etirdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir”, - Gürcüstan prezidenti deyib.