Seçki prosesi boyunca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə kampaniya aparan İngiltərənin “The Economist” qəzetindən diqqətçəkən etiraf gəlib.
Teleqraf.com xəbər verir ki, ingilis nəşri müxalifətin namizədi Kamal Kılıçdaroğlunun gözləntiləri doğrultmadığını, ağır məğlubiyyətə uğradığını yazıb.
İki həftə sonra ikinci turun olacağını qeyd edən qəzet bildirib:
“Millət İttifaqının namizədi Kılıçdaroğlu cəmi 45 faiz səs topladı. Bu, ikinci tur üçün kifayət etsə də, vəziyyət həm sorğu iştirakçılarının, həm də Kılıçdaroğlunun gözləntilərindən xeyli aşağıdır”.
Nəşr Prezident Ərdoğanın ilk dəfə sorğularda geridə qalırmış kimi göründüyünü, amma nəticələrin belə olmadığını vurğulayıb:
“Kılıçdaroğlunun performansı o qədər zəif oldu ki, CHP lideri ikinci turda qalib gəlmək şansı əldə etmək üçün cənab Oğanın seçicilərinin hamısını özünə tərəf çəkməli olacaq. Bu, mümkünsüz görünür. Ərdoğan karyerasında ilk dəfə seçkilərə sorğularda əsas rəqibindən geridə getdi. Amma ikinci turda qalib gəlmək üçün aşkar favorit kimi görünür”.
“The Economist” Kılıçdaroğlu və rəhbərlik etdiyi CHP-nin parlament seçkilərində daha pis performans göstərdiklərini yazıb:
“Nəticələr həm sorğu iştirakçılarının, həm də Kılıçdaroğlunun gözlədiyindən xeyli aşağı oldu”.