27 May 2023 01:00
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kılıçdaroğlu Rusiya-Türkiyə əlaqələrinə zərbə vurmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Kılıçdaroğlunun Rusiyanı Türkiyənin seçki prosesinə müdaxilə etməsi ilə bağlı ittiham etməsi, iki dövlət arasındakı münasibətlərə xələl gətirir.

"Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini də bildirib. Bu, Rusiyadan Türkiyəyə gələn turist sayına ciddi şəkildə təsir edib" - deyə o bildirib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə müstəqil dövlətdir və heç bir dövlət onun daxili məsələlərinə müdaxilə edə bilməz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər