Rusiya ordusu Ukraynanın Luqansk və Donetsk vilayətlərini tam ələ keçirmək cəhdlərini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Ukrayna qoşunları son sutka ərzində bu istiqamətlərdə Rusiyanın 30-dan çox hücumunun qarşısını alıb.
Ruslar Liman istiqamətində Kreminnaya və Biloqorivka, eləcə də Berestovo yaxınlığında irəliləməyə uğursuz cəhd ediblər.
Ukrayna qüvvələri Marin şəhəri ərazisində rus ordusunun 13 hücumunun qarşısını alıb.
Ruslar Baxmut istiqamətində Klişçivka istiqamətində hücum əməliyyatları keçirib, amma nəticə verməyib. Burada diqqətçəkən məqam odur ki, Klişçivka yanvardan Rusiyanın işğalı altındadır. Ən azı bu yaxınlara qədər belə olub. Bu, Ukrayna ordusunun həmin istiqamətdə irəlilədiyini, yaxud əraziləri azad etdiyini göstərir.