“Rusiya və Ukrayna Kaxov su elektrik stansiyasının dağıdılmasından sonra mümkün qədər tez sülh danışıqlarına başlamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çan Sun deyib.
“Tərəflər sağlam düşüncə, təmkin nümayiş etdirməli və sülh danışıqlarını mümkün qədər tez bərpa etməlidirlər”, - Çin rəsmisi bildirib.
Onun sözlərinə görə, baş verənlər bir daha göstərir ki, münaqişəli durumda hər şey ola bilər. Çan Sun Zaporoje AES-in təhlükəsizliyinə təhdidlə əlaqədar nüvə fəlakətinin qarşısını almağa çağırıb.
Ukrayna SES-in partladılmasına görə Rusiyanı günahlandırır, Kreml isə bunu inkar edir.