“Çinlə suverenlik münaqişəsində olan Tayvan özünü yeni texnologiyalarla müdafiə etməyə çalışacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Tayvan Prezidenti Tsai İnq-ven ölkəsinin cənub-qərb bölgəsində antiterror təlimində iştirak edərkən deyib.
Tayvan lideri hökumətin dəniz və sərhəd təhlükəsizliyini qorumağa yönəlmiş siyasəti təşviq edəcəyini açıqlayıb: “Tayvan nə qədər təhlükəsizdirsə, dünya da bir o qədər təhlükəsizdir”.
Qeyd edək ki, Tayvan 1949-cu ildə, Çin Xalq Respublikasının yarandığı vaxtdan faktiki müstəqillik əldə edib.