11 İyun 2023 15:53
2 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinə və bir sıra hakimlərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, sənəd Ukrayna liderinin ofisinin saytında dərc olunub.

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya və Ukraynanın 178 vətəndaşına, o cümlədən Konstitusiya Məhkəməsinin hakimlərinə məhdudiyyətlər tətbiq etmək qərarını təsdiqləyib.

Məhdudiyyətlər beş il müddətinə tətbiq edilir. Siyahıya daxil olan bütün aktivlər bloklanacaq, onlarla ticarət əməliyyatları aparmaq, Ukraynadan kapital çıxarmaq, əmlakın özəlləşdirilməsində iştirak etmək və mümkünsüz olacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər