Türkiyədə intiharçı terror törədən qadının adı bəlli olub. Meydana gələn terror aktını həyata keçirən qadının Kocaeli Universitetinin tələbəsi Elif Sultan Kalsın olduğu öyrənilib.
Teleqraf.com Ozgurkocaeli saytına istinadan məlumat verir ki, Kocaeli universiteti beynəlxalq əlaqələr şöbəsinin tələbəsi olan Kalsının əslən Tuncelili olduğu və Kocaelide yaşadığı müəyyənləşdirilib.
Elif Sultan Kalsının adı 2012-ci ildə Hüquq-mühafizə Baş İdarəsinin açıqladığı 9 nəfərlik canlı bomba siyahısında yer alıb.
Bu siyahının açıqlamasının ardından mətbuat açıqlaması edən Kalsın, canlı bomba olduğunu təkzib etmişdi.
Məhz o qadın bu gün həyata keçirdiyi canlı bomba aktında bir polisin şəhid olmasına, bir polisin isə yaralanmasına səbəb olub.
Xatırladaq ki, bu gün məlum olub ki, İstanbulun Turizm Polis Şöbəsində qadın terrorçu-intiharçı özünü partladıb.
Hadisə nəticəsində qadın ölüb.