24 İyun 2023 11:14
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putinlə şəxsi ədavət zəminində 10 ildən çox həbsdə olan rusiyalı müxalifətçi Mixail Xodorkovski “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin qiyamını dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, siyasətçi vəziyyətin getdikcə daha da pisləşəcəyini söyləyib.

“Priqojinin qiyamı hazırlıqsız olmasına baxmayaraq, Putinin reputasiyasına ən güclü zərbədir. Kreml trolları xəbər yaydılar ki, sabah hər şey yaxşı olacaq. Təəssüf ki, olmayacaq”, - Xodorkovski bildirib.

O qeyd edib ki, vəziyyət “Vaqner” və liderinin Kremlin nəzarətindən çıxdığını göstərir. Keçmiş oliqarx müharibənin əvvəlindən müharibə əleyhdarlarının dediklərini indi Priqojinin sözbəsöz dilə gətirməsini diqqətəlayiq hal hesab edir

Müxalifətçi bu kontekstdə tərəfdarlarını “vaqnerçilər”ə və onların liderini dəstəkləməyə, habelə Moskvaya gedərkən hakimiyyətin Priqojini dayandırmasına imkan verməməyə çağırıb.

“Bəli, şeytan bu rejimə qarşı çıxmaq qərarına gəlsə, ona kömək edin! Bir cinayətkar digərinin qarşısını almağa hazırdırsa, üzünü o yana çevirməyin vaxtı deyil, indi kömək etməliyik, sonra lazım olsa, onunla da mübarizə aparacağıq. Bəli, bu, yalnız başlanğıcdır”, - siyasətçi vurğulayıb.

Müxalifətçinin bəyanatını şərh edən polkovnik İqor Qirkin xəbərdarlıq edib ki, bu, yalnız başlanğıcdır, əsas məsələ hökumətyönlü şəxslər Priqojini dəstəkləməyə başlayanda başlayacaq.

“Xodorkovski Priqojini dəstəkləməyə çağırdı. Təəccüblü deyil, gözlənilən idi. Amma indiki məmurlar, təbliğatçılar “ayaqqabılarını dəyişməyə” başlayanda daha əyləncəli olacaq. Artıq başlayıblar. Məsələn, Şurigin artıq neytrallığını elan edib”, - Qirkin bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər