26 İyun 2023 11:27
3 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın cənubunda 130 kvadrat kilometr ərazi işğaldan azad olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Nazir müavinin sözlərinə görə, Ukrayna hərbçiləri şərqdə irəliləməyə davam edir.

Anna Malyar deyib ki, Liman, Baxmut, Avdeyevka və Maryinka şəhərləri istiqamətində şiddətli döyüşlər gedir: “Son bir həftə ərzində bu ərazilərdə 250-yə yaxın toqquşma olub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər