9 Yanvar 2015 02:03
729
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD terror qruplaşması daha 2 jurnalisti edam edib. Bu terrorçu qruplaşma ilə əlaqəli silahlılar Liviyada 2 tunisli jurnalisti qətlə yetiriblər.

Teleqraf.com-un “TASS”-a istinadən məlumatına görə, İŞİD-in Liviya qanadının yaydığı məlumatda edam edilmiş jurnalistlərin Süfyan Şürabi və Nadir Ktafi olduğu söylənilir. Məlumat öldürülən jurnalistlərin şəkilləri ilə birlikdə qruplaşmanın nəzarətində olan internet resurslarının birində dərc edilib.

Xatırladaq ki, hər iki jurnalist sentyabrın 8-də Liviyada itkin düşmüşdülər.

Tunis hakimiyyəti məlumatla bağlı hələlik heç bir açıqlama verməyib.


Müəllif:

Oxşar xəbərlər