Rusiyanın Oryol vilayətində ərazi özünümüdafiə bölmələri yaradılır. Bundan əvvəl bölgənin səlahiyyətli şəxsləri vilayətə PUA hücumları barədə məlumat vermişdilər.
Teleqraf.com xəbər verir ki, Oryolun qubernatoru Andrey Klıçkov özünümüdafiə bölmələrinin yaradılması təkliflərinin verildiyini və regional hökumətin bunu dəstəklədiyini deyib.
“Sərhəd (Ukrayna ilə) bölgəsi deyilik, amma yüksək hazırlıq vəziyyətindəyik. Kursk, Bryansk, Belqorod və Voronej vilayətlərində nə baş verdiyini gördük, ilkin tibbi və taktiki təlim keçmək, silahdan istifadəni öyrənmək və arxa cəbhəni hazırlamaq təklifi var. Ümid edirəm ki, buna ehtiyacımız olmayacaq, amma mütləq buna hazır olmalıyıq”, - Klıçkov bildirib.
Onun sözlərinə görə, poliqonun təşkili ilə bağlı müşavirə keçiriləcək və bütün istəyənlər burada döyüş hazırlığının əsaslarını öyrənə biləcəklər.