Türkiyənin Tekirdağ vilayətin Ergene rayonunda fəaliyyət göstərən karton fabrikinin kağız qırıntıları bölməsində yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, gecə saatlarında baş verən yanğın nəzarət altına alınsa da, söndürmə işləri davam edir.
Yanğının hansı səbəbdən baş verməsi bilinmir. Yanğınsöndürənlər alovun soyudulması istiqamətində işləri davam etdirirlər.