31 İyul 2023 21:57
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "BAYKAR MAKİNA" şirkəti Ukraynada pilotsuz təyyarələrin təmiri və texniki xidmət mərkəzinin tikintisinə dair müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Saziş bu il yanvarın 23-də qüvvəyə minmiş Ukrayna və Türkiyə hökumətləri arasında yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahəsində əməkdaşlığa dair çərçivə sazişi çərçivəsində imzalanıb. Bu, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək.

Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenko bildirib ki, xidmət mərkəzinin yaradılması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə olacaq və qələbənin yaxınlaşmasına kömək edəcək.

O, həmçinin əlavə edib ki, bu, təkcə pilotsuz təyyarələrə aid deyil, həm də ağır zirehli texnikalara və digər döyüş vasitələrinə aiddir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər