Aleksandr Lukaşenkonun "Vaqner"in rəhbəri Yevgeni Priqojinin ölümü ilə bağlı çıxışı daxili nəzarəti saxlamaq məqsədi daşıyırdı.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Hesabatda Belarus liderinin sözlərinin Kreml və Priqojin arasında vasitəçilik yolu ilə bağladığı sövdələşmə ilə bağlı əvvəlki bəyanatları ilə ziddiyyət təşkil etdiyinə diqqət çəkiblər.
“Lukaşenko “Vaqner”çilərin Belarusda fəaliyyətini davam etdirəcəyini desə də, son həftələr Kremlin “Vaqner”i zəiflətmək üçün cəhdlərinə görə onların sayı getdikcə azalır” - amerikalı analitiklər qeyd edib.