Xəbər verdiyimiz kimi, Soçidə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, ikitərəfli danışıqlardan əvvəl liderlər birgə mətbuat konfransı keçiriblər.
Rusiya prezidenti mətbuat nümayəndələrinə Ərdoğanla regionda təhlükəsizliyin təmin edilməsi baxımından mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacağını söyləyib.
“Ukrayna ilə bağlı məsələləri diqqətdən kənarda qoymayacağıq”, - Putin bildirib.
“Qara dəniz taxıl sazişi ilə bağlı çox vacib mesaj Putinlə görüşdən sonra açıqlanacaq”, – Türkiyə lideri deyib.