6 Sentyabr 2023 13:44
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/YPG terror təşkilatının Suriya Deyr əz-Zor vilayəti Hərbi Şurasının rəhbəri Əhməd əl-Habili saxlamasından sonra başlayan qarşıdurma digər tayfaların qatılması ilə böyüyüb.

Teleqraf.com xəbər verir ki, ərəb tayfalarının silahlı mübarizəyə başlamasından sonra PKK/YPG terrorçularının nəzarət etdikləri bölgələrdən çıxmağa başladıqları bildirilir.

Türkiyə mətbuatının məlumatına görə, ərəb tayfaları Deyr əz-Zor, Raqqa, Hasəkə və Mənbicdə 33 kəndi PKK/YPG-dən azad edib. Diban qəsəbəsində şiddətli qarşıdurmanın davam etdiyi deyilir.

YPG-nin tərkibindəki “Suriya Demokratik Qüvvələri” (SDQ) Suriyanın neft və təbii qaz hasilatının 80 faizinə nəzarət edir. Neft satışından əldə olunan gəlir YPG-yə çatsa da, bunun maliyyə hesabatı yoxdur.

Məlumata görə, SDQ Suriyanın şimal-şərqində, ölkənin ən zəngin neft yataqlarının yerləşdiyi Deyr əz-Zor, Hasəkə və Raqqada üstünlüyünü qoruyur, eyni zamanda oradakı 20 neft quyusundan 11-nə nəzarət edir. Burada istehsal gücünün Əsəd rejiminin nəzarətində olan sahələrdən daha çox olduğu bildirilir.

Terror təşkilatı gündəlik 45 min barrelə çatan nefti Əsəd rejiminin nəzarətində olan bölgələrə sataraq gəlir qazanır. Terror təşkilatı ABŞ-ın dəstəyi ilə bu pulları İŞİD-ə qarşı mübarizə adı altında öz üzvlərinə və silahlanmasına xərcləyir.

YPG-nin ABŞ ordusunun dəstəyi ilə İŞİD-ə qarşı mübarizə adı altında Deyr əz-Zorda ələ keçirdiyi ərazilərdə əsasən ərəblər yaşayır. Türk mediası iddia edir ki, terror təşkilatı bölgədə azyaşlıları da öz sıralarına cəlb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər