26 Sentyabr 2023 12:55
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/YPG terrorçuları işğal etdikləri Təl Rıfat və Mənbiçdən (Suriya) təhlükəsiz bölgəyə sızmağa cəhd ediblər.

Teleqraf.com xəbər verir ki, Türkiyə sərhədindəki Kelcibrin, Tüveys və Çatal kəndlərinə girməyə çalışan terrorçular Suriya Milli Ordusu (müxaliflər) ilə toqquşub.

Sızma cəhdləri dəf edilərkən, qarşıdurmada 1 SMO hərbçisi həyatını itirib, 2-si yaralanıb.

Qarşıdurmalarda itki verən PKK/YPG terrorçuları geri çəkilməli olub.

PKK/YPG terror təşkilatı 7 ildən artıqdır işğal altında saxladığı Təl Rıfat və Mənbiçdən SMO-nun mövqelərini ələ keçirməyə çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər