“Əsl hücumçu HƏMAS yox, ona əmr verən İran mollalarıdır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezideninin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
“Vacib sual budur ki, HƏMAS İsrailə qarşı amansız hücumu öz qərarı, yoxsa Tehran mollalarının əmri ilə həyata keçirib? Dəlillər saatbasaat İranın əsl hücumçu olduğunu daha aydın göstərir”, - sabiq müşavir bildirib.