“Bir neçə günə Qəzzadakılar (fələstinlilər) İsrailə yalvarmağa başlayacaqlar”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin kəşfiyyat xidmətinin (MOSSAD) keçmiş rəhbəri Efraim Halevi deyib.
“Qəzza zolağında indiyədək atılan addımlar göstərir ki, bir neçə gün ərzində su və digər ehtiyaclar üçün bizə yalvaracaqlar. Amma heç nə verilməyəcək. Bax, o andan indiyə qədər nə qədər faciəvi səhvə yol verdiklərini anlayacaqlar”, - Halevi bildirib.