18 Oktyabr 2023 16:20
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Qəzzada baş verənlər mülki insanları Misirə köçməyə məcbur etmək cəhdidir. Fələstinlilərin öz torpaqlarından qovulmasını rədd edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi deyib.

“Cari (quru) hərbi əməliyyatların davam etdirilməsi nəzarətdən çıxa biləcək təhlükəsizlik və humanitar nəticələrə gətirib çıxaracaq”, - Misir lideri bildirib.

Sisi vurğulayıb ki, Misir Fələstin məsələsinin hərbi yolla ləğvini rədd edir.

“Hazırda Qəzzada baş verənlər mülki insanları Misirə köçməyə məcbur etmək cəhdidir. Fələstinlilərin öz torpaqlarından qovulmasını rədd edirik. Sina yarımadasının İsrailə qarşı terror bazasına çevrilməsini istəmirik. Milyonlarla misirli Fələstin xalqının köçürülməsi ideyasına qarşı nümayiş keçirməyə hazırdır.

Yardımın Qəzza zolağına daxil olmasının qarşısını alaraq, elektrik, su və yanacaq verməməkdə yeganə məqsəd Fələstin xalqını Misirə sürgün etməkdir. Biz Fələstin davasının ləğvini və fələstinlilərin Sinaya deportasiyasını rədd edirik”, - prezident söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər