Ukraynada vəziyyət gözləniləndən daha mürəkkəbdir, amma bu, Kiyevə hərbi yardımı dayandırmaq üçün səbəb deyil.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Anlamalıyıq ki, döyüş meydanında vəziyyət ağırdır. Rusiya sülh planlaşdırmır, əksinə, necə hücum əməliyyatlarına başladığını görürük. Amma vəziyyətin gözlənildiyindən daha mürəkkəb olması yardıma qarşı arqument deyil, Ukraynaya daha çox yardım üçün arqumentdir”, - baş katib bildirib.
Stoltenberq qeyd edib ki, ABŞ Ukraynaya yardımlarını davam etdirəcək.
“Səfər etdiyim NATO ölkələrindən eyni dəstək mesajlarını alıram. Bu yaxınlarda Almaniya yeni yardım elan edib, digər NATO ölkələri də oxşar vəd verib”, - NATO rəhbəri vurğulayıb.