23 Noyabr 2023 10:47
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibə başa çatdıqdan sonra Rusiya 5-7 il ərzində hərbi itkilərini və döyüş qabiliyyətini bərpa edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.

“Digər tərəfdən, vəziyyəti dəyişə biləcək bir çox amillər var. Bu, Ukraynadakı münaqişənin nəticəsindən asılı olacaq”, - Çexiya lideri bildirib.

Pavel qeyd edib ki, NATO Rusiyanı Avropada ən böyük təhlükə kimi qəbul edir. O, Ukraynanın dəstəyinin Avropa ölkələrinin təhlükəsizliyi üçün vacib olduğunu da vurğulayıb.

“Rusiyanın təcavüzü hamımıza təsir edir, ona görə də Ukraynaya dəstək təhlükəsizliyimiz üçün vacibdir. Bu həm də insani addımdır. Rusiya itkilərə və Ukraynaya dəymiş ziyana görə məsuliyyət daşımalıdır. Ona görə də Ukrayna və onun vətəndaşlarına hərtərəfli dəstəyi qətiyyətlə davam etdirməliyik, bu, maraqlarımıza uyğundur”, - Pavel əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər