20 Yanvar 2015 11:14
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın şərqində yerləşən Resifi şəhər həbsxanasında məhbuslar qiyam qaldırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, baş verən toqquşmalar zamanı biri polis olmaqla ən azı 2 nəfər həyatını itirib, 30-u isə yaralanıb. Rəsmilər qiyamın həbsxanadakı dözülməz şərait səbəbindən baş verdiyini ehtimal ediblər. Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Braziliyada tez-tez oxşar hadisələr baş verir.

Samir


Müəllif: