Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağının yaxınlığında yerləşən ABŞ-nin hərbi bazası raket hücumlarına məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli radiostansiya hadisə şahidlərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ-nin hərbi obyektində bir neçə güclü partlayış səsi eşidilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Əl-Cəbsa neft yatağı yaxınlığında (Həsəkə vilayətinin cənubu) Əl-Şəddadidə yerləşən daha bir hərbi bazasına raket sistemlərindən atəş açılıb.
Verilən məlumata görə, hərbi hədəflərə edilən hücumlara görə məsuliyyəti “İraqın İslam Müqaviməti” hərəkatı öz üzərinə götürüb.