Türkiyə müdafiə naziri Yaşar Gülər İncirlik hərbi bazasında olub.
Teleqraf.com xəbər verir ki, naziri İncirlikdə Adana valisi Yavuz Səlim Köşger və komandirlər qarşılayıb.
Gülərin proqramı açıqlanmasa da, Adana valiliyinin sosial media hesabında onun bazaya bölgədəki bir sıra proqramlara qatılmaq üçün gəldiyi bildirilib.
Adanada yerləşən baza Türkiyə, ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. İncirlikdəki bütün obyektlər Türkiyəyə məxsusdur. Bu, NATO-nun Avropada taktiki nüvə silahı saxlayan altı bazasından biridir.