İsrail Qəzza zolağında HƏMAS-la savaşın il boyu davam edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
Halevi 2024-cü ilin çətin olacağını deyib:
“Qəzzada savaşda olacağıq. Bütün il Qəzzada döyüşəcəyik, burası dəqiqdir”.
Baş Qərargah rəisi İsrailin şimalındakı köçkünlərin geri qayıtmasına cavabdeh olan ordunun “Hizbullah” terror təşkilatına təzyiq edərək bu missiyanı yerinə yetirəcəyini, əks halda baş verənlərin yeni müharibəyə səbəb olacağını söyləyib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari dünən HƏMAS-ın Qəzzanın şimalındakı hərbi strukturunun tamamilə darmadağın edildiyini, ordunun zolağın mərkəzi və cənubundakı hərbi infrastrukturu dağıtmağa fokuslandığını açıqlamışdı.