Türkiyə hərbi qüvvələrinin Suriyadan çıxarılması məsələsində irəliləyiş yoxdur, bu hərbi mövcudluq Suriya-Türkiyə münasibətlərinin normallaşmasına mane olur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
“Belə bir irəliləyiş yoxdur. Türklər qeyri-rəsmi şəkildə hərbi kontingenti uyğun şərtlər daxilində geri çəkilməyə hazır olacaqlarını bildirirlər.
Türkiyə hərbçiləri hələ də Suriya ərazisindədir, əlbəttə, bu, Suriya-Türkiyə münasibətlərinin normallaşmasına böyük maneədir, amma düşünürəm ki, bu məsələ həll oluna bilər”, - Rusiya rəsmisi bildirib.