Ukrayna ordusunun itkiləri Rusiyadan beş dəfə azdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“On minlərlə insanın öldürüldüyünü bilirik. On minlərlə uşaq deportasiya edilib. Ölən hərbçilərin sayını müqayisə etsəniz, bu nisbət birin beşədir. Döyüşdə həlak olan bir Ukrayna əsgərinə 5 rus əsgəri düşür. Bunlar təxmini statistikadır”, - prezident bildirib.
Zelenski qeyd edib ki, Rusiya ordusu 400 mindən çox hərbçisini itirib.