Tanzaniyada zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, ölkənin şimalında baş verən qəzada yük maşını ilə üç minik avtomobili toqquşub.
Hadisədə aralarında Keniya, ABŞ və Cənubi Afrika vətəndaşları da daxil olmaqla 25 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.
Tanzaniya prezidenti Samia Suluhu Həsən qəza ilə bağlı başsağlığı verib.