Avropa Şurası Parlament Assambleyasının binasında Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanova və onun birinci müavini İvan Melnikova hücum olub. Teleqraf.com müsavat.com-a istinadən bildirir ki, rusiyalı deputatların üstünə rəng atıblar.
Ukrayna Ali Radasının deputat Dmitri Linko Facebook-da hücuma haqq qazandırıb.
BMT AŞ PA-dakı insidentdən sonra tərəfləri Ukraynadakı vəziyyət ətrafında gərginliyi azaltmağa çağırıb. “Orada nə baş verdiyini bilmirəm. Amma gərginliyin azalması və rəsmi vəzifə tutan şəxslərin özlərini buna uyğun aparması vacibdir”, – BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüarrik bildirib.