11 Aprel 10:56
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın DTEK enerji holdinqinin iki istilik elektrik stansiyasına ciddi ziyan dəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkət teleqram kanalında məlumat yayıb.

Aprelin 11-də səhər saatlarında bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Rusiya ordusu Ukrayna infrastrukturunu 2022-ci ilin oktyabrında, Krım körpüsünün partlamasından qısa müddət sonra hədəfə almağa başlayıb. O vaxtdan bəri Ukraynanın müxtəlif bölgələrində, tez-tez ölkə daxilində hava hücumu xəbərdarlığı müntəzəm olaraq elan edilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, energetika sektoru, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə obyektlərinə hücumlar həyata keçirilir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər